PSJ-nin braziliyalı hücumçusu Neymar ölkəsində gizli parti təşkil edəcək.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Rio de Janeyroda keçirəcəyi partiyə 500 nəfəri dəvət edib. 
 
Məlumata görə, yeni il partisi beş gün davam edəcək. Neymar mərasimdə görüntülərin sosial mediada yayılmaması üçün qonaqların mobil telefonlardan istifadə etməsini qadağan edib.
 
190 mindən çox insanın koronavirus səbəbiylə həyatını itirdiyi Braziliyada Neymarın bu istəyi tənqidlərə məruz qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest