UEFA prezidenti Aleksandr çeferin Avropada yeni turnirin – Super Liqanın yaradılması fikirləriylə bağlı açıqlama verib.
 
Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, qurum rəhbəri, "Real"ın prezidenti Florentino Peres tərəfindən irəli sürülən bu ideyanın reallaşmayacağını bildirib:
 
"Bu, Peresin 30 ildir qurduğu xəyaldır. "Barselona" prezidentliyinə iki əsas namizəd, həmçinin "Bavariya", "Yuventus", İngiltərə klubları isə bu fikrin əleyhinədir. O, futbolun bu gününü, ən yaxşı halda sabahını düşünür, gələcəyi isə fikirləşmir. Belə turnirin keçirilməsi planlaşdırılmır".
 
Peres yeniliyə ehtiyac olduğunu, bu səbəblə yeni turnirin yaradılmasının vacib olduğunu bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest