Türkiyənin "Gənclərbirliyi" klubunda daha bir futbolçu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə "Kayserispor"la Super Liqa matçından öncə kollektivin COVİD-19 testindən keçdiyi və bir nəfərdə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Adı açıqlanmayan həmin futbolçu karantinə alınıb və müalicəsinə start verilib.
 
Qeyd edək ki, "Gənclərbirliyi" Super Liqanın 15-ci turu çərçivəsində sabah doğma meydanda "Kayserispor"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest