Almaniyanın "Şalke" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra isveçrəli Kristian Qross çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 66 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilən Manuel Blumu əvəz edib.
 
Qross bundan əvvəl "Qrasshoper", "Tottenhem", "Bazel", "Ştutqart", "Yanq Boyz", "Əl-Əhli" kimi klubları çalışdırıb.
 
Hazırda 4 xalla autsayder olan "Şalke" artıq 29 oyundur ki, Bundesliqada qalib gələ bilmir. Komanda sonuncu dəfə yanvarın 17-də Münhenqladbax "Borussiya"sını məğlub edib - 2:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest