"Bavariya"dan ayrılmağa hazırlaşan David Alabanın yeni klubu müəyyənləşib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real" 28 yaşlı futbolçunu heyətinə qatmağa hazırlaşır.
 
Tərəflər arasında ilkin razılığın əldə olunduğu və "kral klubu"nun futbolçunun bütün maddi tələblərini qarşılamağa hazır olduğu bildirilir. Alabanın "Bavariya" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Bu səbəblə, o, "Real"la anlaşacağı halda azad agent kimi transfer olunacaq.
 
Avstriyalı futbolçu 2010-cu ildən Münhen klubunun şərəfini qoruyur. 
 
"Real" öz futbolçusu Luka Modriçlə də yeni müqavilə barədə razılığa gəlib. Xorvat futbolçu "kral klubu" ilə yeni müqavilə imzalamağa razılaşıb. Artıq tərəflərin bütün şərtlərdə anlaşdığı bildirilir. Məlumata görə, xorvat futbolçu "Real"la 2022-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atacaq.
 
Modriçin klubla hazırkı müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub. O, 2012-ci ildən "Real"ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest