Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki Makedoniyada çalışa bilər. Matc.az xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssis bu ölkənin milli komandasının "sükanı arxasına" keçməyə yaxındı. Hazırda yerli federasiya ilə danışıqlar aparılır. Prosineçkinin bu postda İqor Angelovskini əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Şimali Makedoniya seçməsi İqor Angelovskinin rəhbərliyi altında AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, noyabrın 25-də Türkiyənin "Dənizlispor" komandası ilə yollarını ayırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest