İtaliyanın "Latsio" klubunun futbolçusu Denis Vavro karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi "Fənərbaxça"nın hədəfindədir.
 
İstanbul klubunun "Latsio"nun satış siyahısında olan futbolçu ilə danışıqlara başlamağa hazır olduğu bildirilir. Keçidin qış transfer pəncərəsi dövründə yekunlaşması gözlənilir.
 
Slovakiyalı futbolçunun "Latsio" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest