Fransanın PSJ klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi Maurisio Poçettino ilə müqavilə imzalayıb.
 
Bu barədə "Sky Sports"un jurnalisti Fabritsio Romano "tvitter" hesabında paylaşım edib. O, PSJ-nin 48 yaşlı argentinalı ilə rəsmi sözləşmə imzaladığını açıqlayıb. Müqavilənin detalları isə hələ məlum deyil.
 
PSJ-nin Poçettinonun təyinatını yaxın zamanda açıqlaması gözlənilir.
 
PSJ əvvəlki baş məşqçisi Tomas Tuxelin postundan ayrıldığını da hələ rəsmi olaraq açıqlamayıb. Ancaq parislilərin bir neçə futbolçusu sosial şəbəkə hesablarında artıq Tuxellə vidalaşıb. Fransa mətbuatı, dekabrın 24-də Tuxelin istefaya göndərildiyini açıqlayıb.
 
Maurisio Poçettino son olaraq İngiltərənin "Tottenhem" klubunu çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest