"Liverpul"un futbolçusu Joel Matip zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
29 yaşlı müdafiəçi Premyer Liqanın 15-ci turu çərçivəsində "Vest Bromviç"lə keçirilən oyunda zədələnib. Kamerunlu müdafiəçi 60-cı dəqiqədə Ris Uilyamsla əvəzlənib.
 
Matipin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Liverpul" – "Vest Bromviç" matçı 1:1 hesablı bərabərliklə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest