özbəkistanda 2020-ci ilin ən yaxşı baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, bu, gürcüstanlı mütəxəssis Şota Arveladzedir. Bu barədə özbəkistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Arveladze ardıcıl 2-ci dəfə özbəkistanda ilin məşqçisi seçilib.
 
Şota, "Paxtakor" klubu ilə bu il özbəkistan kubokunu və Super Liqasını qazanıb. 47 yaşlı mütəxəssis bir neçə gün əvvəl klubdan ayrıldığını açıqlayıb.
 
Arveladze, 2017-ci ildən "Paxtakor"da çalışdırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest