"Dənizçilər" yanvarın 21-dək "ASCO Arena"da hazırlıq keçəcək. Toplanış çərçivəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

"Səbail"in qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı komanda yanvarın 4-də bir araya gələcək.
 
"Dənizçilər" yanvarın 21-dək "ASCO Arena"da hazırlıq keçəcək. Toplanış çərçivəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Yanvarın 14-də keçiriləcək yoldaşlıq oyunu barədə digər məlumatlar daha sonra veriləcək. Böyük ehtimalla rəqib "Sabah" olacaq.
 
Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində yanvarın 21-də "Neftçi"ni qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest