Futbol üzrə Monteneqro millisinə yeni baş məşqçi təyin olunub.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Miodraq Raduloviç çalışdıracaq.
 
Bu barədə Monteneqro Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Monteneqrolu mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə sözləşməsi başa çatan Faruk Hacibegiçi əvəzləyib. Raduloviç millinin tarixində sayca 6-cı baş məşqçidir.
 
Qeyd edək ki, Monteneqro UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Canni De Byazinin başçılıq etdiyi komanda ikinci qarşılaşmada qolsuz heç-heçə edib. Qrupu zirvədə tamamlayan Monteneqro seçməsi pley-offa vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest