Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilməli olsa da, onlardan biri təxirə salınıb.
 
Turun mərkəzi görüşündə Karlo Ançelottinin çalışdırdığı "Everton" doğma meydanda "Mançester Siti"ni qəbul edəcəkdi. Lakin qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən bu görüş başqa tarixdə oynanılacaq.
 
Turun açılış matçında "Lester" səfərdə "Kristal Pelas"la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 xalla ayrılıblar. Son turda "Arsenal"a məğlub olan "çelsi" bu dəfə "Aston Villa"nı sınağa çəkib. Bu oyun da heç-heçə yekunlaşıb.
 
İngiltərə Premyer Liqası
16-cı tur
28 dekabr
 
Kristal Pelas – Lester 1:1
Qol: Zaha, 58 – Barnes, 83.
 
çelsi – Aston Villa 1:1
Qol: Jiru, 34 – El-Qazi, 50.
 
Everton – Mançester Siti matçı təxirə salınıb
 
29 dekabr
 
22:00 Sauthempton – Vest Hem
22:00 Vest Bromviç – Lids
22:00 Brayton – Arsenal
22:00 Bernli – Şeffild Yunayted
00:00 Mançester Yunayted – Vulverhempton
 
30 dekabr
 
22:00 Tottenhem – Fulhem
00:00 Nyukasl – Liverpul

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest