İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Qabrieldə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə braziliyalı 23 yaşlı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı və onun karantinə alındığı diqqətə çatdırılıb. 
 
"Arsenal"ın mövsümün əvvəlində Fransanın "Lill" klubunda transfer etdiyi Qabriel, "topçular"ın heyətində 15 oyuna çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest