Moldova millisinin üzvü bu ilin yanvarında "Səbail"dən "Sabah"a keçib. O, bu müddət ərzində 8 matç keçirib və qol vura bilməyib.

"Sabah" futbolçusu Yevgeni Koçukla yollarını ayırıb. Matc.az xəbər verir ki, moldovalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

27 yaşlı futbolçu klub rəhbərliyinə müraciət edərək getmək istədiyini bildirib. Buna səbəb onun komandanın baş məşqçisi Visente Qomeslə anlaşa bilməməsi səbəb olub. İspaniyalı mütəxəssis futbolçuya gələcək planlarında yer almadığını bildirib. Koçuk bundan sonra çarəni komandanı tərk etməkdə görüb.

Moldova millisinin üzvü bu ilin yanvarında "Səbail"dən "Sabah"a keçib. O, bu müddət ərzində 8 matç keçirib və qol vura bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest