İsveçrəli futbolçuların legioner həyatı yaşamasından bəhs edən məqalədə böyük liqalarla yanaşı, aşağı reytinqli çempionatlarda çıxış edənlərə də yer verilib. Onlar arasında göstərilən Subotiçin İngiltərə, Belçika, İtaliya, Rumıniya, Ukrayna, Azərbaycan, Küveyt, Moldova, Cənubi Koreya və Qazaxıstanda oynadığı vurğulanıb.

"Karyeramda oynadığım komandalara görə peşman deyiləm". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin sabiq hücumçusu Daniel Subotiç deyib.
 
İsveçrəli futbolçuların legioner həyatı yaşamasından bəhs edən məqalədə böyük liqalarla yanaşı, aşağı reytinqli çempionatlarda çıxış edənlərə də yer verilib. Onlar arasında göstərilən Subotiçin İngiltərə, Belçika, İtaliya, Rumıniya, Ukrayna, Azərbaycan, Küveyt, Moldova, Cənubi Koreya və Qazaxıstanda oynadığı vurğulanıb.
 
Bununla bağlı təəssüratlarını bölüşən 31 yaşlı forvard peşmanlıq çəkmədiyini söyləyib: "Xaricdə əvəzolunmaz təcrübə qazandım və tez böyüdüm. Düzdür, ailəmdən kənarda yaşadım və bu, heç də rahat deyildi. Ancaq hər kəsə ölkə xaricinə yollanmağı məsləhət görərdim. İnsan orada ömür boyu öyrənir".
 
Qeyd edək ki, 2013-2014 və 2017-ci ildə "Qəbələ"nin formasını geyinən Daniel Subotiç hazırda ölkəsində "Qrasshopper" klubunda millimizin forvardı Renat Dadaşovun komanda yoldaşıdır. O, 2013-14 mövsümündə Premyer Liqada 12 qol vuraraq "Qəbələ"nin bombardiri olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest