"Yuventus"un futbolçusu Kriştiano Ronaldo açıqlama verib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, boş tribunalar qarşısında oynamağın sıxıcı olduğunu deyib:
 
"Açığı, boş tribunalar qarşısında oynamaq çox sıxıcıdır. Futbolçular olaraq bütün protokollaraa hörmət edirik. Düzdür, sağlamlıq hər şeydən önəmlidir, lakin bu vəziyyəti heç sevmirəm.
 
Futbol oynayıram, çünki bu işi çox sevirəm. Ailəm, uşaqlarım, dostlarım və azarkeşlər üçün oynayıram. İnsanların məni fitə basmasını sevirəm. Topa toxunanda başlayırlar fitə basmağa, mən bunu da sevirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest