İngiltərənin "Mançester Siti" klubunda koronavirusa yoluxan futbolçuların sayı məlum olub.
 
Matc.az "The Athletic"ə istinadən xəbər verir ki, "şəhərlilər"in daha üç futbolçusunda koronavirus aşkarlanıb. Bununla da, komandada virusa yoluxanların sayı 7-yə yüksəlib.
 
"Mançester Siti"də daha əvvəl Qabriel Jesus və Kayl Uolkerin koronavirusa yoluxduğu açıqlanmışdı.
 
Koronavirusa yoluxanların sayının çox olması səbəbiylə komandanın Premyer Liqanın 16-cı turu çərçivəsində dünən "Everton"la keçirməli olduğu oyun təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest