"2020-ci il hər cəhətdən çox çətin oldu... Şəxsən mənə təsir etdi! Ancaq bu sınaqlar nə qədər çətin görünsə də, tək olmadığım üçün xoşbəxtəm. Dünyanın ən yaxşı ailəsi və ecazkar dostlarım var". Matc.az xəbər verir ki, bu fikirlər bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq üzvü Marina Durundaya məxsusdur.
İnstaqram profilində fikirlərini bölüşən Durunda 2021-ci ilin daha yaxşı olmasını arzulayır: "Bu il mənə minnətdar olmağı öyrətdi; yanımdakı insanlar, yaşamağa cəsarət etdiyim anlar. Bilirsən, həyat bizə öz qaydasında öyrədir. Xoşbəxtliyi həqiqətən qiymətləndirə biləcəyimiz üçün bizə kədərli anlar bəxş edəcək və həyatımızda xaos yaradacaq ki, barışıq və asayişi qiymətləndirək. Bu il mənə öyrətdi ki, planlarımız həmişə reallaşmır, amma səmimi qəlbdən inanıram ki, Tanrının bizim üçün daha yaxşı bir şeyləri var. 2021-in daha yaxşı olmasını çox istəyirəm, çünki yağışdan sonra həmişə bir göy qurşağı var! Hər kəsə xüsusi və bənzərsiz bir Yeni il arzulayıram! Hər insanın xəyalları və istəkləri həyata keçsin! Hamınıza sağlamlıq, xoşbəxtlik və sevgi ilə dolu bir həyat arzulayıram!"
Qeyd edək ki, Ukrayna əsilli olan Durunda Avropa Oyunlarının gümüş, Avropa çempionatının bürünc medalçısıdır. Dəfələrlə Azərbaycan çempionu olub. ölkəmizi 4 dəfə (2012, 2013, 2014, 2015) Avropa çempionatında, 3 dəfə (2013, 2014, 2015) Dünya çempionatında, 2016-cı il Yay Olimpiya Oyunlarında təmsil edib.