"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen komandadakı fəaliyyəti barədə açıqlama verib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Setyen, Kataloniya klubunda çalışdığı üçün peşman olmadığını bildirib:
 
"Barselona"da olanlar üçün yaşadığım məyusluğun öhdəsindən gəldim. Bu da işimizin bir parçasıdır. Klubdan ayrılandan bəri həyatım xeyli dəyişdi. "Barselona"dakı təcrübəm, yaşadıqlarım möhtəşəm idi. İlk vaxtlarda istədiyimiz uğuru əldə etmədiyimiz doğrudur, amma komandada işlər qarışıq idi. Bir gün "Barselona"ya qayıdacam. Ora getdiyim üçün heç vaxt peşman olmayacam".
 
Setyen yayda "Barselona"dakı vəzifəsindən istefaya göndərilib. Maraqlıdır ki, nə vaxtsa geri qayıtmağı arzulayan ispan mütəxəssis "Barselona"dan ayrılandan sonra klubu məhkəməyə verib. 62 yaşlı mütəxəssis Kataloniya klubundan təzminat almaq üçün bu addımı atıb. Məsələ burasındadır ki, Setyen, bu ilin avqustunda "Barselona"dakı baş məşqçi postundan ayrılsa da, müqaviləsi rəsmi olaraq sentyabrda ləğv olunub. İspan çalışdırıcı Kataloniya klubundan 4 milyon avro təzminat tələb edir.
 
Setyen bu ilin yanvarından avqustuna kimi "Barselona"nı çalışdırıb. Kataloniya klubunun baş məşqçisi hazırda Ronald Kumandır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest