Türkiyənin "Fənərbaxça" klubu sabiq futbolçusu Maks Kruse ilə arasındakı problemi həll edib.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
Klub alman futbolçuyla danışıq apararaq, məsələni qarşılıqlı razılıqla həll etdiklərini bildirib.
 
Məlumata görə, "bülbüllər" futbolçunun tələb etdiyi məbləği ödəməyə razı olub.
 
Kruse bu ilin iyununda "Fənərbaxça" ilə müqaviləsini birtərəfli qaydada pozmuş və son məvacibini ala bilmədiyini iddia etmişdi. Bu iddianı təkzib edən "Fənərbaxça" futbolçudan TFF və FİFA-ya şikayət olunacağını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest