Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunub. 
 
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb. ölkə başçısının sərəncamı ilə sözügedən medalla təltif olunanlar arasında Mahal Məmmədov da var.
 
Xatırladaq ki, 40 yaşlı Məmmədov zabit olaraq İkinci Qarabağ Müharibəsi zamanı qismən səfərbərlik elan ediləndən sonra hərbi xidmətə yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest