İngiltərənin "Şeffild Yunayted" klubunun kollektivi koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində bir neçə nəfərdə COVİD-19 aşkarlanıb.
 
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin testi pozitiv çıxanların dəqiq sayı, futbolçu və ya klub işçisi olduğu açıqlanmayıb.
 
Xatırladaq ki, bu gün İngiltərə Premyer Liqasının rəsmi saytı son bir həftədə 18 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.
 
Yeri gəlmişkən, Premyer Liqanın 16-cı turunun "Tottenhem" – "Fulhem" matçı da koronavirusa görə təxirə salına bilər. Dekabrın 30-da keçirilməsi nəzərdə tutulan matçın "Fulhem"də koronavirusa yeni yoluxma faktları aşkarlandığına görə başqa tarixdə oynanılması ehtimal olunur. Daha öncə 16-cı turun "Everton" – "Mançester Siti" görüşü qonaq komandada bir neçə futbolçunun COVİD-19-a yoluxması səbəbindən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest