İngiltərədə Premyer Liqa klublarının üzvlərindən götürülən son koronavirus testlərinin nəticəsi 18 nəfərdə müsbət olub. Bu, cari mövsüm başlayandan ən yüksək göstəricidir. Premyer Liqada hazırda 16-cı turun oyunları keçirilir.

Futbol üzrə İngiltərə Premyer Liqasında mövsüm dayandırıla bilər. Matc.az xəbər verir ki, buna səbəb, klublarda son həftədə koronavirusa yoluxma hallarının artmasıdır. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Xəbərdə, Premyer Liqanın yanvarda 2 həftəlik dayandırıla biləcəyi qeyd olunub.
 
Koronavirusa yoluxma sayının artımına görə yanvarda keçirilməsi planlaşdırılan İngiltərə kubokunun 3-cü turunun oyunları da təxirə salına bilər.
 
İngiltərədə Premyer Liqa klublarının üzvlərindən götürülən son koronavirus testlərinin nəticəsi 18 nəfərdə müsbət olub. Bu, cari mövsüm başlayandan ən yüksək göstəricidir. Premyer Liqada hazırda 16-cı turun oyunları keçirilir.
 
İngiltərənin "Şeffild Yunayted", "Mançester Siti", "Fulhem", "Sauthempton" kimi klublarının bir neçə futbolçusunda koronavirus aşkarlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest