AFFA-nın inzibati binasında U-15 Liqa, U-16 Liqa, "Bakcell U-17 Liqa", Gənclər Liqası və qızlar arasında UNICEF U-16 Liqası və Yüksək Liqasının 2019/2020-ci il mövsümünün qaliblərinə kubok və medallar təqdim olunub.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
AFFA İcraiyyə Komitəsinin 22 may 2020-ci il tarixində qəbul edilmiş qərarına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılmış, liqalarda mövcud vəziyyətdə birinci pillədə olan aşağıdakı komandalar liqaların qalibləri elan olunmuşdur:
 
U-15 Liqa – Qəbələ İK
U-16 Liqa –Sabah FK
Bakcell U-17 Liqa – Qəbələ İK
Gənclər Liqası – Qəbələ İK
 
Qızlar Liqası
 
UNİCEF U-16 Liqa – 8 nömrəli İOEUGİM (Bakı)
Yüksək Liqa – 8 nömrəli İOEUGİM (Bakı)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest