"Barselona" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Filippe Koutinyo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Braziliyalı yarımmüdafiəçi La Liqanın 16-cı turu çərçivəsində "Eybar"a qarşı keçirilən oyunun 90+2-ci dəqiqəsində zədələnib və meydanı tərk edib. Koutinyo 66-cı dəqiqədə Miralem Pyaniçin əvəzinə meydana daxil olmuşdu. 28 yaşlı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Həkimlərin ilkin rəyinə görə, Koutinyonun sol ayağının meniski zədələnib. Bu, futbolçunun 4 aya yaxın yaşıl meydanlardan uzaq qalmasına səbəb ola bilər.
 
"Barselona" – "Eybar" matçı 1:1 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest