"Neftçi" klubunun əməkdaşları və futbolçuları ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT" Fonduna ianə edib.
 
Matc.az xəbər verir ki, onlar Fondun hesabına 20 min manat məbləğində pul vəsaiti köçürüblər.
 
Bundan əlavə, paytaxt təmsilçisinin üzvləri müharibə vaxtı da cəbhəyə yardım ediblər, həmçinin ehtiyacı olan şəhid ailələrinin evlərinin təmir olunmasında və digər ehtiyaclarının qarşılanmasında yardımçı olublar. (Report)
 
Qeyd edək ki, "YAŞAT" Fondu ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest