"Hələ yekun seçimimi etməmişəm. İndi buna ehtiyac da yoxdu. Necə olacağını hələ bilmirəm. Türkiyə tərəfi mənə təklif göndərdi"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Hollandiya mətbuatına maraqlı fikirlər səsləndirib. Matç.az saytı xəbər verir ki, "Feyenoord"un əsas komandasında debüt edən və qol vuran 18 yaşlı yarımmüdafiəçi yığma seçiminə aydınlıq gətirib.

Hazırda Hollandiyanın U-19-una çağırılan Orkun milli məsələsində son qərarını vermədiyini vurğulayıb. Lakin o, yalnız Hollandiya və Türkiyədən təklif aldığını bildirib: "Hələ yekun seçimimi etməmişəm. İndi buna ehtiyac da yoxdu. Necə olacağını hələ bilmirəm. Türkiyə tərəfi mənə təklif göndərdi. Ancaq Hollandiyanı seçdikdən sonra onlar mənə yaxınlaşdılar. Hollandiya ilə bağlı qərarım da qəti deyil. U-19-da hazırda yaxşı kollektiv formalaşıb. Türkiyə yığmasından daha keyfiyyətli olduğunu deyə bilərəm. Uyğunlaşmaq baxımından da heç bir problem yoxdu. Hər beynəlxalq oyun üçün təyyarəyə minməyimə də ehtiyac qalmır".

Qeyd edək ki, Orkun Kökçünün AFFA tərəfindən Azərbaycan yığmasına çağırılacağı barədə də məlumat yayılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest