Dekabrın əvvəlindən İtaliyanın "Montsa" klubuna keçən Mario Balotelli bu gün B Seriyasında debüt edə bilər.
 
Matc.az xəbər verir ki, ciddi pəhriz saxlayaraq, məşqlərini davam etdirən hücumçu "Salernitana" ilə keçirilən oyunda meydana çıxa bilər.
 
Bu barədə "Montsa"nın mətbuat xidməti məlumat yayıb. Balotelli "Salernitana" ilə oyunun heyətinə daxil edilib.
 
Artıq çəkisi olan Balotellinin pəhriz nəticəsində 20 gündə 5 kilo arıqladığı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest