İtaliya yığmasının sabiq futbolçusu Fabritsio Mikkoli məşqçiliyə başlayıb.
 
Matc.az xəbər verir ki, keçmiş hücumçu Albaniyanın "Dinamo" klubunun yeni baş məşqçisi Françesko Moreyronun köməkçisi olacaq. Bu barədə Tirana təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Futbolçu karyerası ərzində İtaliyada "Yuventus", "Palermo", "Fiorentina", "Leççe" kimi klublarda çıxış edən Mikkolinin son ünvanı Malta "Birkirkara"sı olub. Sabiq yarımmüdafiəçi İtaliya yığmasında 10 oyun keçirib.
 
Mikkoli 2015-ci ildə futbolçu karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest