Futbol üzrə İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində bu gün keçirilməli olan "Tottenhem" - "Fulhem" oyunu təxirə salınıb.
 
Matc.az xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa yoluxma halları aşkarlandığı üçün matçın oynanılmaması qərara alınıb.
 
Qarşılaşmanın yeni tarixi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, daha əvvəl bu turun "Everton" - "Mançester Siti" görüşü eyni səbəbdən təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest