Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Şəhr Xodru" ilə qarşılaşıb. "Traktorçular" bu oyundan 1 xalla ayrılıb – 0:0.
 
Cənubi Azərbaycanın digər təmsilçisi "Maşinsazi" klubu isə bu turda doğma meydanda "Sepahan"la məhsuldar heç-heçəyə razılaşıb – 3:3.
 
9 turdan sonra 13 xalı olan "Traktor" 16 kollektiv arasında 6-cı, 3 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest