Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turdan təxirə salınmış oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi "Boluspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Adanaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
 
Araz da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
 
16 oyundan sonra hesabında 16 xalı olan "Boluspor" 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest