İtaliyanın "Latsio" klubunda 2020-ci ilin ən yaxşı futbolçusu bəlli olub.
 
Matc.az xəbər verir ki, azarkeşlər arasında aparılmış sorğu nəticəsində çiro İmmobile paytaxt təmsilçisində ilin ən yaxşısı elan olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə İmmobilenin 34 faiz səslə birinci yeri tutduğu diqqətə çatdırılıb. Yarımmüdafiəçi Sergey Milinkoviç-Saviç (23 faiz) ikinci, Luis Alberto isə (22 faiz) üçüncü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest