Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Mario Balotellinin yeni klubu "Monza"dakı debütü uğurlu olub.
 
Matc.az xəbər verir ki, o, ilk matçını qolla yaddaqalan edib.
 
Belə ki, Balotelli B Seriyasının 16-cı turu çərçivəsində "Salernitana" ilə matçın 4-cü dəqiqəsində fərqlənməklə oyunda hesabı açıb. Komandası isə bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıb. Mario 62-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, Balotelli dekarın 7-də "Monza"ya azad agent kimi transfer olunub.
 
A Seriyasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Monza" 16 oyuna topladığı 29 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest