Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilməli olsa da, onlardan biri təxirə salınıb.
 
"Tottenhem" – "Fulhem" görüşü koronavirusa yoluxmalarla əlaqədar başqa tarixdə oynanılacaq.
 
Lider "Liverpul" isə səfərdə "Nyukasl"ın qonağı olub.  Tərəflər bu oyunda qolsuz bərabərliyə razılaşıblar.
 
İngiltərə Premyer Liqası
16-cı tur
28 dekabr
 
Kristal Pelas – Lester 1:1
Qol: Zaha, 58 – Barnes, 83.
 
çelsi – Aston Villa 1:1
Qol: Jiru, 34 – El-Qazi, 50.
 
Everton – Mançester Siti matçı təxirə salınıb
 
29 dekabr
 
Sauthempton – Vest Hem 0:0
 
Vest Bromviç – Lids 0:5
Qol: Soyers, 9-öz qapısına. Alioski, 31. Harrison, 36. Rodriqo, 40. Rafinya, 72.
 
Brayton – Arsenal 0:1
Qol: Lakazette, 66.
 
Bernli – Şeffild Yunayted 1:0
Qol: B.Mi, 32.
 
Mançester Yunayted – Vulverhempton 1:0
Qol: Reşford, 90+3.
 
30 dekabr
 
Tottenhem – Fulhem matçı təxirə salınıb
 
Nyukasl – Liverpul 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest