İngiltərənin "Liverpul" klubunun zədəli futbolçusu Joel Matipin vəziyyətinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Premyer Liqanın 15-ci turu çərçivəsində keçirilən "Vest Bromviç"lə oyunda (1:1) sıradan çıxan 29 yaşlı futbolçunun vəziyyəti ciddidir. Onun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Oyunun 60-cı dəqiqəsində zədələnən Matip oyunu davam etdirə bilməyib və əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest