Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümə fasilə verilməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda çempionatın koronavirus səbəbiylə dayandırılmayacağı bildirilib.
 
Liqa rəhbərliyi oyunların müəyyən edilmiş protokollar əsasında keçirildiyini və mövsümə fasilə verilməsinin planlaşdırılmadığını açıqlayıb.
 
İngiltərədə koronavirusun yeni növünün yayılmasından sonra virusa yoluxan futbolçuların sayı artıb və bəzi oyunlar təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest