Qara 147 respondentin 88-dən xal alıb ki, bunu da normal nəticə kimi qiymətləndirmək mümkündü. Maraqlıdı ki, 2-ci yeri tutan Şahruddinin adını daha çox - 92 respondent çəkib. Qara sonda məhz 1-ci yerlərin hesabına qalib gəldi.

"Futbol+"in ardıcıl 22-ci dəfə keçirdiyi ümummilli sorğuda son ana qədər gərgin mübarizə getdi. Açıq etiraf edək ki, gah Qara Qarayev, gah da Şahruddin Məhəmmədəliyev önə çıxırdı. Amma sonda yarımmüdafiəçi komanda yoldaşına çox cüzi, daha dəqiqi, 5 səs fərqi ilə qalib gəldi. Futbol mövsümünün kasadlığı, koronavirusla bağlı problemlər builki sorğuya müəyyən təsir göstərdi. Hansı mənada? Yox, Canni De Byazinin səsvermədən imtinası bu səbəblə bağlı deyildi, o, sadəcə, yetirmələri arasında fərq qoymaq istəmədi. Amma həmkarlarımız, eləcə də mütəxəssislər arasında 1-ci, hətta 2-ci yeri boş qoymaq istəyənlər, ümumiyyətlə, bu il səs vermək istəməyənlər tapıldı ki, belə baxışları da anlayışla qarşılayırıq. Hər halda, futbol ictimaiyyətinin bütün təbəqələrini, hətta tarixdə ilk dəfə agentləri də əhatə edən ümummilli sorğunun nəticələri bəllidi və artıq il ərzində bütün turnirlərdə bütün nominantlardan daha çox – 30 oyuna çıxan və müntəzəm sabit oyun göstərən Qara Qarayevi təbrik etmək olar. Qara 147 respondentin 88-dən xal alıb ki, bunu da normal nəticə kimi qiymətləndirmək mümkündü. Maraqlıdı ki, 2-ci yeri tutan Şahruddinin adını daha çox – 92 respondent çəkib. Qara sonda məhz 1-ci yerlərin hesabına qalib gəldi. 3-cü yeri, gözlənildiyi kimi, cari mövsümün ilk yarısında inamlı oyun göstərən, çempionatın bombardirlər cədvəlinə başçılıq edən Namiq Ələsgərov tutdu. Vüsal İsgəndərovla Anton Krivotsyukun adını heç kim 1-ci yerdə göstərmədi. Bütün belə sorğulardan sonra populyar olan daha bir sual var: kimlər qaliblərin ardıcıllığını düzgün müəyyənləşdirib? Belələrinin sayı o qədər də çox deyil. Futbolçulardan Ruslan Abışov, respondentlər arasında daha böyük sayla təmsil olunan jurnalist ordusundan isə dörd həmkarımız – Rüstəm Əfsərli, Sənan Abdullayev, Vüsal Mahmudov və İlkin Vaqifoğlu yüzdəyüz dəqiqlik nümayiş etdirdi ki, buna görə onları təbrik etməyə dəyər. Daha bir maraqlı məqam: ümummilli sorğuya 2014-ün qalibi kimi qatılan Qara məhz Şahruddini ilin ən yaxşı futbolçusu sayıb! Beləliklə, Rəşad Sadıqovun ardından daha bir futbolçu 2-ci dəfə qalib sayılmağı bacardı. Qaraya futbolda və şəxsi həyatda uğurlar, futbolumuza isə daha parlaq nəticələr arzulamaqla 22-ci sorğunu bağlı elan edirik.

 

1

2

3

4

5

6

1

Qara Qarayev

42

29

17

201

2

Şahruddin Məhəmmədəliyev

40

24

28

196

3

Namiq Ələsgərov

21

32

28

155

4

Maksim Medvedev

15

22

7

96

5

Rəhim Sadıqov

6

12

21

63

6

Mahir Emreli

10

8

12

58

7

İsmayıl İbrahimli

5

6

19

46

8

Vüsal İsgəndərli

-

7

10

24

9

Abbas Hüseynov

2

3

3

15

10

Anton Krivotsyuk

-

3

1

7

Qeyd: 1 – sıra nömrəsi, 2 – ad, soyad, 3 – birinci yer (X3), 4 – ikinci yer (X2), 5 – üçüncü yer (X1), 6 – xalların cəmi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest