İngiltərənin "Bernli" klubunun sahibi dəyişib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa klubunun səhmlərinin 84 faizi ABŞ-ın ALK Capital şirkətinin idman investisiya qolu olan "Velocity Sports Partners"ə (VSP) satılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Artıq İngiltərə Premyer Liqası sövdələşməni təsdiq edib.
 
Qeyd edək ki, "Bernli" Premyer Liqanın cari mövsümündə keçirdiyi 15 oyuna 15 xal toplayıb və 20 kollektiv arasında 16-cı yeri tutur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest