İspaniyanın "Selta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın "Maynts" klubunun müdafiəçisi Aaron Martini transfer edib.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Martin 2018-ci ildən "Maynts"ın uğurları üçün çalışırdı. 23 yaşlı ispan futbolçu daha öncə yetirməsi olduğu "Espanyol"un uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest