Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Arsenal" matçının hakimləri açıqlanıb. Matç.az saytının məlumatına görə, görüşü Davide Massa idarə edəcək. Onun köməkçiləri Filippo Meli və Alessandro Kostanzo olacaq. Dördüncü hakim funksiyasını Fabiano Preti yerinə yetirəcək. Qarşılaşmanın əlavə köməkçi hakimləri Daniele Doveri və Mikael Fabbridi.

 

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Arsenal" görüşü 20:55-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest