Onun kimi daha 8 oyunçu millidə 111 matça çıxıb. Belə futbolçulardan biri də Rəşaddı. Müdafiəçimiz kimi İqorun da millidən getməsi onların əbədi şərik qalacağından xəbər verir.

Rusiya millisində çıxışını başa vurduğunu açıqlayan İqor Akinfeyev Azərbaycanyığmasının rekordçusu Rəşad Sadıqovla eyni göstəriciyə malikdi. Matç.az saytı xəbər verir ki, söhbət onların millidə keçirdiyi oyun sayından gedir.

Rusiya mətbuatı da 2004-18-ci illərdə yığmanın şərəfini qoruyan Akinfeyevin göstəricilərini ələk-vələk edib. Arxada qalan müddətdə qapıçı 111 dəfə milli formasında meydana çıxıb. O, dünyanın 464 oyunçusundan biridi ki, millidə 100 və daha çox görüşdə iştirak edib. Akinfeyev bu siyahıda 244-cü yerə şərikdi.

Onun kimi daha 8 oyunçu millidə 111 matça çıxıb. Belə futbolçulardan biri də Rəşaddı.

Müdafiəçimiz kimi İqorun da millidən getməsi onların əbədi şərik qalacağından xəbər verir. Yəni, qapıçı bu qərarı ilə Rəşadla şərik qalmağa üstünlük verib. Təbii ki, onlardan hansısa fikrindən dönməsə.

Sadıqovla Akinfeyev kimi, Baha Abdel Rəhman (İordaniya), Carah Əl-Ətiqi (Küveyt), Hüseyn Əli Baba (Bəhreyn), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Qodfrid çitalu (Zambiya) və Andrey Şevçenko (Ukrayna) da millidən "1"lərlə gedib.

Qeyd edək ki, siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest