İngiltərənin "Mançester Yunayted" klubunda dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Bruno Fernandes ötən ayın ən yaxşısı seçilib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ötən ay 9 rəsmi oyuna çıxıb.
 
Qeyd edək ki, 2020-ci ilin yanvar ayından "Mançester Yunayted"də çıxış edən Fernandes komandanın heyətində 6-cı dəfə bu mükafatı əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest