"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyonun zədələndiyini və bir müddət yaşıl meydanlardan kənarda qalacağını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, braziliyalı futbolçunun durumu ciddi olduğuna görə əməliyyata ehtiyac duyulub.
 
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə Koutinyonun yaxın günlərdə əməliyyat olunacağı diqqətə çatdırılıb. Əməliyyatdan sonra futbolçunun dəqiq nə vaxt yaşıl meydanlara qayıdacağı barədə məlumat veriləcək.
 
Qeyd edək ki, Koutino "Eybar"la 1:1 hesabıyla bitən matçda sıradan çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest