İspaniyanın "Betis" klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Xoakin, Andres Quardado və Martin Montoyyanın COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlar özlərini yaxşı hiss etsələr də, karantinə alınıblar.
 
Qeyd edək ki, "Betis" bu gün La Liqanın 17-ci turu çərçivəsində "Sevilya" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest