İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Filippe Koutinyo sol dizindən əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
28 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb. Braziliyalı oyunçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənir.
 
Koutinyo La Liqanın 16-cı turunda "Eybar"la matçda (1:1) zədələnmişdi. O, cari mövsümdə "Barselona" forması ilə 14 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest