"Mançester Yunayted" Premyer Liqanın 17-ci turu çərçivəsində "Aston Villa"nı məğlub edib.
 
Matc.az xəbər verir ki, 2:1 hesabıyla bitən matçda "qırmızı şeytanlar"ın "çərçivə"sini qoruyan David de Xea yeni rekorda imza atıb. Bu barədə "Daily Star" nəşri məlumat yayıb.
 
Belə ki, "Aston Villa" ilə oyun ispan qapıçının "Mançester Yunayted"lə 327-ci matçı olub. Bu, "qırmızı şeytanlar"ın legioner futbolçuları arasında ən yüksək göstəricidir. Bundan əvvəlki rekord irlandiyalı futbolçu Roy Kinə aid idi. Sabiq yarımmüdafiəçi "Mançester Yunayted"də 326 oyuna çıxıb.
 
De Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest