PSJ-nin sabiq futbolçusu Bernar Qinedu vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Qinedunun 73 yaşında vəfat etdiyi bildirilib.
 
Qinedu, PSJ-nin klub tarixindəki ilk qolunun müəllifidir. Mərhum yarımmüdafiəçi 1970-ci il, avqustun 23-də PSJ-nin "Poiters"ə qarşı keçirdiyi oyunda komandasının yeganə qolunun müəllifi olub – 1:1.
 
PSJ klubunun əsası 1970-ci ildə qoyulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest