Niderlandın "Feyenoord" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Rotterdam təmsilçisi "River Pleyt"dən Lukas Prattonu heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Feyenoord" 32 yaşlı hücumçunu 6 aylıq icarəyə götürüb.
 
Karyerası ərzində İtaliyada "Cenoa", Braziliyada "Atletiko Mineyro", "San Paulo", Argentinada "Boka Xuniors", "Veles Sarsfild", "Tiqre" kimi komandalarda çıxış edən Pratto, 2018-ci ildən "River Pleyt"də idi. Hücumçu, Argentina yığmasında 6 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest